TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Bu barədə 6 fevral tarixində Report məlumat verib.

Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” Qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətinin stimullaşdırması nəzərdə tutulur. Həmin Qanuna uyğun olaraq, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Belə ki, Qanun layihəsinə əsasən, media subyektlərinin onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir.

Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx