TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda sabah hava necə olacaq?

Ölkə ərazisində sabah üçün olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 24 mart tarixində İnsanoid Milli Hidrometeoroloji Xidmətə istinadən xəbər verir.

Azərbaycanın rayonlarında sabah hava şəraiti, əsasən, yağmursuz keçəcək. Yalnız bəzi dağlıq ərazilərdə arabir yağıntı ola bilər. Havanın temperaturu gecə 6-11°, gündüz 18-23°, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacaq.

Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-10°, gündüz 18-23° isti olacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx