TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Sabah üçün ölkə ərazisində olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 23 mart tarixində “İnsanoid” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

24 mart tarixində Bakı və Abşeron yarımadasında Cənub küləyi əsəcək, temperatur gecə 7°-10°, gündüz isə 15°-20° isti olacaq.

Qəbələ rayonunda hava şəraitinin sabit, əsasən, yağmursuz keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Havanın temperaturu gecə 7-9°, gündüz 17-19° isti olacaq.

Şəki rayonunda da eyni havanın olacağı, temperaturun gecə 8-10°, gündüz 16-18° isti olacağı gözlənilir.

İsmayıllı rayonunda havanın temperaturu gecə 5-7°, gündüz 15-18° isti olacaq.

Şahdağda isə gecə və səhər saatlarında duman olacaq. Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 2-5° isti olacaq.

Lənkəran rayonunda da gecə və səhər saatlarında duman olacaq. Havanın temperaturu gecə 6-8°, gündüz 17-19° isti olacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx