Şəhid anası və şəhid oğlu məktəb direktoru təyin olunublar. Bu barədə oktyabrın 26-da Qafqazinfo xəbər yayıb.
Elm və Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Zəngilan rayon 11 nömrəli tam orta məktəbin tarix müəllimi Zeynalov Camal Dadaş oğlu Zəngilan rayon 23 nömrəli tam orta məktəbə, Zəngilan rayon 7 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədli Aygün Məmməd qızı isə həmin məktəbə direktor vəzifəsinə təyin olunublar.
Camal Zeynalovun atası Dadaş Zeynalov Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Zəngilan şəhəri ərazisində, Aygün Məmmədlinin oğlu Müşfiq Orucov isə Aprel döyüşlərində, 2016-cı ilin aprel ayında Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.