TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda taxıl sahələrinin 98%-i biçilib

2022-ci il avqust ayının 16-na olan məlumata əsasən, payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilər üzrə sahələrin 98%-i biçilərək məhsulu yığılıb. Bu barədə 19 avqust tarixində Dövlət Statistika Komitəsi məlumat verib.

Məlumata əsasən, nəzərdə tutulmuş 955,2 min hektar sahənin 936,5 min hektarı biçilib. Orta məhsuldarlıq 30,4 sentner təşkil edib. Nəticədə sahələrdən 2,85 milyon ton məhsul yığılıb. Məhsulun 60,8%-ni buğda, 38,3%-ni arpa, 0,9%-ni isə digər bitkiçilik məhsulları təşkil edib.

Ən yüksək məhsuldarlıq Hacıqabul (44,7 sentner), Bərdə (44,3 sentner) və Tovuz (42,8 sentner) rayonlarına aiddir. Ən çox məhsul isə Cəlilabad (192,3 min ton), Kürdəmir (135,1 min ton) və Füzulidə (125,7 min ton) istehsal edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx