Bakıda İsrail səfirliyinə qarşı terror aktının qarşısı alınıb.
Bu barədə 17 noyabr tarixində İsrailin Ynet xəbər portalı məlumat yayıb.
Məlumata görə, silahlı halda səfirliyə girməyə cəhd edən şəxs İranəsillidir.
***
09:30
Azərbaycanda terrorçu cinayət başında saxlanılıb
Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M.H.Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb. Bu barədə 17 noyabr tarixində “Qafqazinfo” xəbər yayıb.
Məhkəmənin qərarı ilə M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“İş materiallarından məlum olur ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib”, – məlumatda bildirilib.
M.H.Hüseyinzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.