Bu il oktyabrın 1-nə Azərbaycanda 1 388 382 vergi ödəyicisi olub. Bu da ötən il oktyabrın 1-i ilə müqayisədə 6,6% çoxdur. Bu barədə 18 oktyabr tarixində Dövlət Vergi Xidməti məlumat verib.
Məlumata görə, vergi ödəyicilərinin 87,5%-i fiziki şəxslər, 12,5%-i hüquqi şəxslər və digər təşkilatlar olub.
Yanvar-sentyabr aylarında 11 515 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5% çoxdur.
Yanvar-sentyabr ayları ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 362 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.