TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda yağan leysan nəticəsində çaylarda sululuq artıb

Ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində çaylarda sululuq artıb. Bu barədə mayın 25-də Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 13 santimetr, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində 20 santimetr, Kürəkçay-Toğanada 13 santimetr, Gəncəçay-Zurnabadda 9 santimetr, Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində 34 santimetr, Qusarçay-Kuzunda 15 santimetr, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqoda isə 10 santimetr artım müşahidə olunub.

İsmayıllıdan keçən Girdimançay-Qaranohur, Qəbələdən keçən Dəmiraparançay-Qəbələ, Tovuzdan keçən Əsrikçay-Əsrikcırdaxan, Göygöldən keçən Gəncəçay-Zurnabad, Qubadan keçən Qudyalçay-Qrız, Vəlvələçay-Təngəaltı, Göyçaydən keçən Göyçay-Göyçay və Şamaxıdan keçən Pirsaatçay-Poladlı məntəqələrindən sel keçib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx