Bu ilin yanvar-aprel aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 6,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,1% çoxdur.
Bu barədə 15 may tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verib.
Məlumata görə, bu il mayın 1-nə qədər ölkədə 88 454 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.