TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda zavodun fəaliyyəti dayandırılıb

Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atıldığı müəyyən olunub. Bu barədə 29 may tarixində Report Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, araşdırma zamanı “45 nömrəli Yol İstismarı” MMC-yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən ətraf mühitə tullantı atıldığı məlum olub.

Faktla bağlı zavodun rəisi Qədir Əskərov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3 500 manat məbləğində cərimə edilib.

Çatışmazlıqların aradan qaldırılması üçün Q.Əskərova məcburi göstəriş verilib və nöqsanlar aradan qaldırılanadək zavodun fəaliyyəti dayandırılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx