Azərbaycandakı diplomatik korpus nümayəndələri və beynəlxalq jurnalistlər qrupu Ağdam-Əsgəran-Xankəndi yolununun girişinə gediblər.
Bu barədə 31 avqust tarixində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında bildirib.
“Ağdam-Əsgəran-Xankəndi yolunun girişindəyik. Diplomatik korpus nümayəndələri və beynəlxalq jurnalistlər qrupu yolun funksionallığı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən gətirilən undan ibarət iki maşın ərzaq yükünü görəcəklər,” – paylaşımda qeyd edilib.
We are on the entrance of Agdam-Askaran-Khankandi road. Diplomatic Corp and international group of journalists will see the functionality of the road and two trucks of food cargo consisting of flour delivered by the Red Crescent Society of Azerbaijan. pic.twitter.com/MX4Uzgyh7m
— Hikmet Hajiyev (@HikmetHajiyev) August 31, 2023