Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycandan Türkiyəyə növbəti yardım təyyarəsi yola düşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

Bu barədə İnsanoid nazirliyin mətbuat xidmətinə istinadən bu gün, 7 fevral tarixində xəbər verir.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yorğan və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx