TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanın 3 parataekvondoçusu Qran-pridə iştirak edəcək

Azərbaycan parataekvondoçuları Fransada keçiriləcək Qran-pridə iştirak edəcəklər. Bu barədə İnsanoid bu gün, 29 avqust tarixində Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir.

Qran-pri avqustun 30-da başlayacaq. Baş məşqçi Fərid Tağızadə G6 kateqoriyalı yarışda yığmanın 3 üzvünə şans verəcək.

Yarışda Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizə aparacaqlar.

Onlar K-44 kateqoriyasında qüvvələrini sınayacaqlar.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx