Böyük Britaniya 32 milyard dollardan çox sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investordur. Bu haqda iyunun 14-də Energetika Nazirliyi tərəfindən məlumat verilib.
Məlumatda bildirilir ki, bp vasitəsilə ölkəmizin neft-qaz sektoruna indiyə qədər 29 milyard dollara yaxın sərmayə yatırılıb.
Qeyd edək ki, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 47% artaraq 668 milyon dollara yaxın olub.