“Azərbaycanın ən yaşlı seçicisinin 123 yaşı var”. Bu barədə Report 26 may tarixində xəbər verib.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib ki, ölkənin ən yaşlı seçicisi Ağdaş rayon sakini, 1900-cü il təvəllüdlü Nəbiyeva Bari Şamı qızıdır və onun 123 yaşı var.
Ən yaşlı kişi seçici isə 108 yaşındadır: “Həmin şəxs isə 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur”.
Seçki qanunvericiliyinin tələblərinə əsasən, bu il yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib, ardıcıl, sistemli və intensiv şəkildə aparılan genişmiqyaslı və əhatəli prosesdən sonra cari il üçün seçici siyahılarının hazırlanması başa çatıb.