Azərbaycanın builki “Avroviziya” mahnısı -“Tell Me More” təqdim olunub. Bu barədə 15 mart tarixində İnsanoid məlumat verib.
Mahnı “Avroviziya”nın rəsmi “Youtube” səhifəsində yayımlanıb.
Qeyd edək ki, “Avroviziya-2023” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək. Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər.
Müsabiqə bu il mayın 9-13-də Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.