Cari il may ayının 1-nə Azərbaycanın bank sektorunun aktivləri 40,1 milyard manatdan çox təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% çoxdur. Bu barədə məlumat 24 may tarixində dərc edilmiş Mərkəzi Bankın hesabatında əks olunub.
Bankların kredit portfeli 22,1% artaraq 17,8 milyard manatdan çox olub. Kredit portfelində biznes kreditlərinin payı 57.9% təşkil edib. Kredit portfelində vaxtı keçmiş kreditlərin payı 2,4% azalaraq 3,7% təşkil edib.
Eyni zamanda, əhalinin banklardakı depozitlərinin həcmi 25,8% artaraq 10,5 milyard manatdan çox olub.