TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanın bəzi rayonlarında leysan yağıb, dolu düşüb – VİDEO

Azərbaycanın bəzi rayonlarına leysanla bərabər, dolu yağıb. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 1 may tarixində xəbər verir.

Aprelin 30-u saat 16:00-a olan məlumata əsasən, Daşkəsən, Göygöl, Gəncə, Şahdağ, Cəfərxan, Altıağac, Beyləqan, Sabirabad, Zərdab, Yardımlı, Lerik, Astara, Neftçala, Kürdəmir, Mingəçevir, Lənkəran, Qəbələ, Balakən, Qax, Göyçay, Qobustan, Zaqatala, Ləzə, Xınalıq, İmişlidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Leysan xarakterli yağış nəticəsində Goranboy rayonu Börü qəsəbəsi Gürzallar kəndindən sel keçib.

Saat 13:10 – 13:14 radələrində Gəncə şəhərinə diametri 12, saat 14:30 – 14:45 radələrində Goranboy rayonunun Muzdurlar kəndi və Dəliməmmədli şəhərinə, Erkeç, Gürzallar, Rus Borisi kəndlərinə 12-13, saat 15.38 – 15.51 radələrində Zaqatala rayonunun Muxax, Çobankol, Car kəndlərinə 22-25, Lənkəran rayonuna saat 15:13 radələrində 12 millimetr olan dolu düşüb.

 

View this post on Instagram

 

A post shared by insanoid (@_insanoid_)

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx