“Səbail” komandası yeni futbolçu transfer edib. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 14 yanvar tarixində xəbər verir.
“Dənizçilər” David Qomisi heyətinə qatıb. Qvineya-Bisau əsilli fransalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
David Qomis son olaraq Fransa Liqa 2-də çıxış edən “Pau” komandasının şərəfini qoruyub. O, Qvineya-Bisau yığmasının da üzvüdür.