TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanın hərbi nümayəndə heyəti Qazaxıstanda səfərdə olub

Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup hərbi qulluqçusu Qazaxıstanda səfərdə olub.

Bu barədə 7 sentyabr tarixində Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstan Silahlı Qüvvələrinin Tərbiyə və İdeoloji İş Departamentinin rəhbərliyi və müvafiq idarələrinin heyətləri ilə görüşlər keçirib.

Görüşlərdə ideoloji işin təşkili, hərbi psixoloqların hazırlığı, orduda mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb, müxtəlif mövzulara dair brifinqlər təqdim edilib.

Eyni zamanda nümayəndə heyəti Astana şəhərindəki Milli Müdafiə Universitetində tərbiyəçi zabit və psixoloqların müvafiq tədris prosesi ilə tanış olub, Milli Hərbi Vətənpərvərlik Mərkəzini və Hərb Tarixi Muzeyini ziyarət edib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx