Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanın İrandakı səfirliyinə hücumun təfərrüatları və nəticələri

Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Bu barədə İnsanoid bu gün, 27 yanvar tarixində məlumat verir.

Səhər 08:30 radələrində bir nəfər “Kalaşnikov” markalı avtomat silahla Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edib. Hadisə nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həyatını itirib, iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Azərbaycanın Xarici İşlər Nazirliyi hadisə barədə məlumatları təsdiqləyib.

Hadisədən sonra silahlı insidenti həyata keçirən 50 yaşlı şəxs saxlanılıb.

Cinayətkarı zərərsizləşdirən səfirlik əməkdaşı bildirib ki, terrorçu hadisə yerinə avtomobillə gəlib:

“O, öz maşını ilə səfirliyin avtomobilini vurub. Yanında xanım vardı. Əlində avtomat tutmuşdu. Orxan içəri girdikdən sonra silahlı şəxs də arxasınca gəldi və atəş açmağa başladı”.

Yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Terror aktı kimi qiymətləndirilən hadisəni istər yerli, istərsə də xarici diplomatlar pisləyiblər. Onların arasında Azərbaycanın və Türkiyənin Xarici İşlər nazirləri, Türkiyənin Azərbaycandakı səfiri, Aİ nümayəndəsi və digər diplomatlar da var.

Terror aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanılıb.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx