TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda həlak olan mühafizəçi tanınmış həkimin oğludur

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov Gəncədə tanınmış həkimin oğludur. Bu barədə 27 yanvar tarixində Report məlumat verib.

Onun atası Rizvan Əsgərov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan 1 saylı Z.Məmmədov adına Xəstəxananın Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışır.

O.Əsgərov evli olub, 2 övladı qalıb.

Qeyd edək ki, bu gün səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx