Azərbaycanın Mərkəzi hakimiyyətinin Qarabağda yaşayan erməni əhaliyə göndərdiyi ərzaq yükü artıq yola salınıb. Bu barədə 22 sentyabr tarixində APA xəbər verib.
Sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və çörək dolu 2 avtomobil Xankəndiyə yola salınıb.
Avtomobillər Ağdam rayonu ərazisindən Əsgərana doğru hərəkət edir.
Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.
Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaq.