Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib. Bu barədə 30 avqust tarixində Müdafiə Nazirliyi məlumat verib.
Z.Həsənov 30 Avqust – Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində, həmçinin müdafiə nazirinin Türkiyə Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən buraxılış mərasimlərində iştirakı da planlaşdırılıb.