TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının növbəti oyununun hakimləri bəlli olub

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının səfərdə Monteneqro yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının II turunun oyununa təyinatlar məlum olub.

Bu barədə 15 sentyabr tarixində Report xəbər verib.

Podqoritsada keçiriləcək görüş İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Maral Mirzai Beniyə Kamilla Stendal və Tilde Larsson laynsmenlər qismində kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Hanna Layanen yerinə yetirəcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx