2022-ci ilin ilk yarımilliyində sənaye zonalarında 1,3 milyard manatlıq məhsul istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 53% çoxdur. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov 22 iyul tarixində paylaşım edib.
Cari ilin ilk altı ayı ərzində 544 milyon manata yaxın sənaye məhsulu ixrac edilib. 2021-ci illə müqayisədə ixrac məbləği 102% artıb.
İndiyədək sənaye zonalarında 7,17 milyard manatdan çox məhsul istehsal edilib. Bunun 2,3 milyard manatlıq hissəsi xarici dövlətlərə satılıb.
məhsul istehsalının həcmi 52,95% artaraq 1,3 mlrd. ₼ çatıb. Bu dövrdə ixrac isə 2021-ci ilin I yarısı ilə müqayisədə 101,6% artaraq 543,9 mln. ₼ təşkil edib.
2/2#EconomyAz #SənayeZonaları pic.twitter.com/3xNq6oooW9— Mikayil Jabbarov (@MikayilJabbarov) July 22, 2022