TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanın şərab ixracı 50%-ə yaxın azalıb: səbəb nədir?

Pandemiya səbəbindən ölkəmizin şərab ixracında təqribən 47-48% azalma baş verdi. Bu sözləri Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov “vergiler.az” saytına şərabçılıq sənayesinin vəziyyəti ilə bağlı verdiyi müsahibədə deyib.

Əgər 2017-ci ildə Azərbaycanda şərab ixracının dəyəri 5,6 milyon dollara yaxın, 2018-ci ildə 7,7 milyon, 2019-cu ildə 7,4 milyon dollar idisə, 2020-ci ildə bu rəqəm 4 milyon dollara, 2021-ci ildə isə 3,9 milyon dollara düşüb. Ötən illə müqayisədə bu il də ixrac sahəsində hələ geriləmə var”, – deyə sədr bildirib.

O məlumat verib ki, yerli şərab və şərab məhsullarının 80%-i Rusiyaya göndərilir. Həmçinin “Made in Azerbaijan” brendi ilə Ukrayna, Belarus, Orta Asiya, Polşa, Niderland, Belçika, Fransa, Çin, Yaponiya, Cənubi Koreyaya da şərab ixrac edilir.

Ukraynada baş verənlər, Rusiyada milli valyutanın qeyri-sabitliyi, Belarus rublunun kəskin ucuzlaşması şərabın ixracına mənfi təsir göstərir”, – E.Mədətov əlavə edib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx