TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanla İran Xudafərin və Qız qalası SES-ləri ilə bağlı sənəd imzalayıb

İran və Azərbaycan arasında su elektrik stansiyaları (SES) ilə bağlı sənəd imzalanıb. Bu haqda iyulun 14-də qonşu dövlətin energetika naziri Əli Əkbər Mehrabiana istinadən Report xəbər verib.

Belə ki, müvafiq maliyyələşmə ilə Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” SES-ləri üzərində iki bəndin birgə tikintisi sürətlənəcək.

“Xudafərin” SES-in gücü 200 meqavat, “Qız qalası” SES-in gücü isə 80 meqavatdir. Elektrik stansiyalarının 716 milyon kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir. İstehsal olunacaq enerjinin 50/50 prinsipi ilə bölünməsi nəzərdə tutulub.

Həmçinin sazişdə “Xudafərin” körpüsünün birgə mühafizəsi də öz əksini tapıb.

SES-lərin tikintisinin 2-2,5 ilə yekunlaşdırılması planlaşdırılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx