Azərbaycanlı alpinistlər Türkiyənin ən hündür zirvəsini fəth ediblər. Bu barədə 8 sentyabr tarixində Oxu.az məlumat verib.
Peşəkar alpinist Babək İsgəndərovun rəhbərliyi ilə həyata keçirilən Ağrı dağı turuna 6 azərbaycanlı alpinist qatılıb.
Babək İsgəndərov, Emin Rəsulov, Nübar Məmmədova, Hüseyn Hüseynov, Vüsal Süleymanov, Cavid Cəfərov üç gün ərzində zirvəni fəth etməyə nail olublar.
Havanın çox soyuq olmasına baxmayaraq, onlar sentyabrın 7-si saat 7:00-da zirvədə Azərbaycan bayrağını dalğalandıra biliblər.
Qeyd edək ki, Ağrı dağı Türkiyənin şərq ucqarında, Ağrı vilayətinin ərazisində yerləşir. Dağ İrandan 16 kilometr şimal-qərbdə, Ermənistandan isə 32 kilometr qərbdədir. Ən hündür zirvəsi 5 137 metr olan Ağrı dağının 65%-i İğdır vilayətində, qalan 35%-i isə Ağrıdadır.
2004-cü ildən etibarən dağ yalnız “hərbi icazə” ilə alpinistlər üçün açıqdır.