Azərbaycanlı dünya və Avropa çempionu azadlığa buraxılıb

Azərbaycanlı dünya və Avropa çempionu azadlığa buraxılıb

Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostova azadlığa buraxılıb. Bu barədə 20 yanvar tarixində Report Bolqarıstanın BTV nəşrinə istinadən məlumat verib.

Bildirilib ki, narkotik vasitələrin dövriyyəsində ittiham olunan dünya və üçqat Avropa çempionu həbsxanadan buraxılıb.

Bir ili dəmir barmaqlıqlar arxasında keçirən idmançının hələ də bunun şokunda olduğu qeyd olunub. Bu üzdən o, Asenovqraddakı evini tərk etmir. Kostova əvvəlcə Plovdivdə 8 ay istintaq təcridxanasında, ardından isə Slivendə 4 ay həbsdə olub.

Qeyd edək ki, Boyanka Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. 2016 – 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx