TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanlı gənc dünyanın məşhur şirkətində vəzifəyə təyin olunub

Azərbaycanlı gənc Əlisahib Qarayev dünyanın ən böyük kimya istehsalçısı şirkətində fəaliyyətə başlayıb. Bu barədə 31 may tarixində Report məlumat verib.

O, BASF şirkətinin Maliyyə və Mühasibatlıq Departamentində “EMEA – Regional Treasury Analyst “vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ə.Qarayev 2016-2020-ci illərdə Azərbaycan Universitetinin Biznes və İqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsini yüksək nəticə ilə başa vurub.

O, 2020-2021-ci illərdə Berlin şəhərində yerləşən “International University”də “International Finance and Accounting” ixtisasında magistr təhsili alıb. 2022-ci ildə dünyanın ən nüfuzlu konsaltinq şirkətlərindən biri olan KPMG-də maliyyə məsləhətçisi kimi təcrübə keçib.

İngilis və alman dillərini bilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx