TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

Azərbaycanlı məktəbli qız eyni vaxtda dünyanın ən nüfuzlu bir neçə universitetinin bakalavr pilləsinə qəbul olub. Bu barədə 1 aprel tarixində Report məlumat verir.

Bakı Oksford Məktəbinin şagirdi Ayla Əliyevanın ABŞ-nin Harvard, Kolumbiya və Braun universitetlərinə etdiyi müraciətlərə müsbət cavab verilib.

O, SAT (Scholastic Aptitude Test) imtahanı üzrə 1 550, İELTS (İnternational English Language Testing System) üzrə 8,5 bal toplayıb.

Gənc onlar arasından Harvardı seçib və burada təhsil alacaq.

A.Əliyeva “Ivy League”ya daxil olan dünyanın ən nüfuzlu 8 universitetindən üçünə bakalavr təhsil pilləsi üzrə qəbul olunan ilk azərbaycanlı tələbədir.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü A.Əliyeva Bakı-Oksford Məktəbində “A-level” proqramı üzrə təhsil alır.

Xatırladaq ki, A.Əliyevanın qardaşı İlham Əliyev də İnşaat mühəndisliyi və ümumi mühəndislik ixtisası (Civil engineering and general engineering) üzrə Texas və Virciniya, ABŞ-nin bir neçə nüfuzlu universitetinə qəbul olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx