Türkiyədə mayın 14-də keçiriləcək parlament seçkilərində iştirak etmək üçün bu ölkədə Qərbi Azərbaycan İcmasını təmsil edən Azərbaycan əsilli yazıçı, tədqiqatçı, Anka Türk Birliyinin sədri Dərya Akdemirin namizədliyi qeydə alınıb. Bu haqda bu gün, 22 mart tarixində Report məlumat verib.
O, müstəqil olaraq İstanbulun üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb və Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədləri alıb.
Akdemir Türkiyə Böyük Millət Məclisinə deputat olmaq istəyini belə əsaslandırıb: “Türkiyə parlamentində bir Azərbaycan türkü olaraq təmsil edilməkdə məqsədim Türkiyə-Azərbaycan, eləcə də digər türkdilli dövlətlər arasında əlaqələrin inkişafına bacardığım qədər dəstək verməkdir”.