TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanlı yeniyetmə beynəlxalq olimpiadada uğur qazanıb

Azərbaycanlı yeniyetmə İsmayıl Ataşov Beynəlxalq “Stem Math Olympiad”ın ilk mərhələsini uğurla keçərək növbəti turda iştirak haqqı qazanıb. Bu barədə Apa 20 fevral tarixində məlumat verib.

İstanbul liseyinin ingilis dili bölməsinin 8-ci sinif şagirdi olan İsmayıl Ataşov daim öz üzərində çalışan, dərslərində və sosial layihələrdə aktiv iştirak edən şagirdlərdəndir. O, Türkiyəyə yardım kampaniyasında və Vətən müharibəsində iştirak edən aztəminatlı ailələrin yardım kampaniyasında da fəal iştirak edib.

Məktəbdaxili ingilis dili “Cambridge Flyers” səviyyəsi üzrə imtahandan çox müvəffəqiyyətlə keçərək ilklər sırasına daxil olub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx