TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanlılar Moldovadakı Fransa səfirliyinin önündə aksiya keçiriblər

Moldovada yaşayan azərbaycanlılar Fransa səfirliyinin qarşısında dinc aksiya keçiriblər. Bu barədə 6 noyabr tarixində AZfront xəbər verib.

Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) təşkilati dəstəyi ilə baş tutan piketin məqsədi – Fransa Senatı tərəfindən Azərbaycana qarşı qərəzli ittihamların yer aldığı, eləcə də Avropa İttifaqı (Aİ) ölkələrini bizdən neft və qaz idxalına embarqo qoymağa çağıran qətnaməyə etiraz bildirmək olub.

Aksiya iştirakçıları MAK-ın müraciətini Fransa səfirliyinə təqdim ediblər. Bu müraciətdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli Bəyanata, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara baxmayaraq, Ermənistan tərəfinin hələ də Azərbaycana dəqiq və dolğun mina xəritələrini təqdim etmədiyi, həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi barədə məlumat vermədiyi qeyd olunub.

Müraciətdə, düşmənin Daşkəsən, Kəlbəcər və Laçın rayonlarında yerləşən ərazilərimiz minalaması barədə, həmçinin, silahlı qüvvələrimizin mövqelərini atəşə tutmasının çoxsaylı hərbi qulluqçuların itkisinə səbəb olduğuna dair məlumat yer alıb.

Qeyd edək ki, aksiya Moldova mediasında rumın və rus dillərində də yayımlanıb.

Azərbaycanlı fəallar tərəfindən oktyabrın 11-də ermənipərəst qüvvələrin qətnaməsinə qarşı Fransanın Mesopinions.com petisiya saytında ölkənin Senatına və xalqına müraciət yerləşdirib. Noyabrın 6-da günorta saatlarında bu petisiyanı artıq 85 mindən çox adam dəstəkləyib.

Petisiyaya dəstək aksiyaları 15 oktyabr tarixində Bakıdakı Fransa səfirliyinin qarşısında keçirilib. Daha sonra Azərbaycan diasporunun nümayəndələri oxşar piketləri oktyabrın 19-u Rusiyanın Moskva şəhərində, 26-sı Qazaxıstanın Astana şəhərində, 28-i Qırğızıstanın Bişkək və 30-u Almaniyanın Köln şəhərlərində yerləşən Fransa səfirlikləri və konsulluğu önundə keçiriblər.

PETİSİYANIN AZƏRBAYCAN DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN RUS DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN TÜRK DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN FARS DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN İNGLİS DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN QAZAX DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN ÖZBƏK DİLİNDƏ İMZALANMA QAYDASI

Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq, #AzərbaycanıQoruyaq

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx