TÖVSİYƏ XƏBƏRLƏR

Azəriqaz: paytaxtın Binəqədi və Nəsimi rayonlarında qaz kəsiləcək

Bu gün Bakının Binəqədi və Nəsimi rayonlarında qaz kəsiləcək. Bu barədə 13 noyabr tarixində “Azəriqaz” İstehsalat Birliyi məlumat verib.

Bildirilib ki, təmir işləri ilə əlaqədar noyabrın 13-də saat 14:00-dan işlər başa çatanadək “Alatava” QPS-dən qidalanan “Tbilisi prospekti” və “Mikrorayon” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Binəqədi və Nəsimi rayonlarının bir hissəsinin (Binəqədi rayonu, 6, 8, 9-cu mikrorayonlar, Xutor qəsəbəsi, Vorovski yaşayış massivində, Biləcəri qəsəbəsinin bir hissəsində, Natavan, Qabil Süleymanov, Rəşid İsmayılov, Yəhya Hüseynov, Şevçenko və Tolstoy küçələri ətrafında, Motodrom yaşayış massivi ərazisində, Nəsimi rayonu, 1,2,3,4-cü MKR-lar, 1 və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov küçələri, H.Əliyev prospektində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.