Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyi Naftalan şəhərində vətəndaş qəbulu keçirəcək. Bu barədə İnsanoid birliyin mətbuat xidmətinə istinadən bu gün, 2 noyabr tarixində xəbər verir.
Noyabrın 4-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Naftalan şəhərinin, eləcə də Goranboy və Xocalı rayonları sakinlərinin müraciətləri dinləniləcək.
Qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Gəncə Regional Qaz İstismarı İdarəsinə (tel: 050-845-92-92; 055-224-90-66) müraciət edə bilərlər.