“Azərişıq” Şəmkirin iki kəndinin elektrik şəbəkəsini yenidən qurur

“Azərişıq” Şəmkirin iki kəndinin elektrik şəbəkəsini yenidən qurur

“Azərişıq” ASC Şəmkir rayonunun Yuxarı Seyfəli və İrmaşlı kəndlərinin elektrik şəbəkəsini yenidən qurur. Bu barədə 23 yanvar tarixində qurum məlumat verib.

Yenidənqurma nəticəsində 669 abonenti olan Yuxarı Seyfəli kəndində 12 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 8 km-ə yaxın 10 kV-luq, 31 km-dən çox 0,4 kV-luq elektrik xətti yenilənib.

Şəmkirin İrmaşlı kəndində də yenidənqurma işləri yekunlaşmaq üzrədir. 898 abonenti olan kənd ərazisində müxtəlif güclərdə 11 ədəd komplekt transformator məntəqəsi quraşdırılır. 52 km-ə yaxın 10 kV-luq, 59 km-dən çox 0,4 kV-luq elektrik xətti dəyişdirilir.

Yuxarı Seyfəli və İrmaşlı kəndində abonentlərin sayğacları da yenisi ilə əvəzlənir və bütün işlər artıq yekunlaşmaq üzrədir. İşlər tam başa çatdıqdan sonra isə ümumilikdə 1 567 abonent fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.

Qeyd olunub ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx