TÖVSİYƏ XƏBƏRLƏR

“Azəristiliktəchizat”, “Azərsu” və “Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək

Kommunal xidmətləri həyata keçirən qurumlar bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar. Bu barədə İnsanoid qurumların mətbuat xidmətinə istinadən bu gün, 30 dekabr tarixində xəbər verir.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar “Azəristiliktəchizat” ASC, “Azərsu” ASC və “Azəriqaz” İstehsalat Birliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Vətəndaşlar yaranan problemlə bağlı “Azəristiliktəchizat”ın 956 – “Çağrı Mərkəzi”nə və ya cəmiyyətin rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

Yaranacaq problemlərlə əlaqədar “Azərsu”nun 955 – Zəng Mərkəzinə müraciət etsinlər”, – deyə qurum bəyan edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Müştəri Xidməti şöbəsinin əməkdaşları Abşeron, Mərdəkan, Sabunçu xidmət sahələrində və BRQSD-nin inzibati binasında vətəndaşlara xidmət göstərəcəklər.

24/7 rejimində fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinin fəaliyyəti gücləndiriləcək.

Qaz təsərrüfatına dair abonentləri narahat edən hər hansı məqam olarsa, 104/185 Çağrı Mərkəzinə zəng edə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə yazmaqla məlumat verə bilərlər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx