Azərkosmos “Yer səthinin məsafədən müşahidəsi” üzrə elm müsabiqəsi elan edib. Bu barədə 1 sentyabr tarixində APA Azərkomos-a istinadən məlumat verib.
Məlumata əsasən, müsabiqənin əsas məqsədi “Azersky” peykindən əldə olunan təsvirlərin Azərbaycanda istifadəsini əlçatan etməkdir. Müsabiqəyə tələbələr, müəllimlər, elmi-tədqiqat institutları, fərdi tədqiqatçılar, dövlət müəssisələri və özəl sektorun tədqiqatla məşğul olan nümayəndələri qatıla bilər.
Qeyd olunub ki, sözügedən müsabiqədə iştirak ödənişsizdir. Müraciətlər 30 noyabr 2022-ci il tarixinədək qəbul olunacaq. İlk üç yeri tutan iştirakçıya müvafiq olaraq 5 000 manat, 3 000 manat və 1 500 manat məbləğində pul mükafatı veriləcək.
Müraciət forması ilə link-ə keçid edərək tanış olmaq olar.