“Azərsu” ASC-nin Zəng Mərkəzinə edilən zənglərin qəbulunda fasilə olacaq. Bu barədə Report 21 yanvar tarixində məlumat verib.
Bu gün saat 13:00-dan etibarən bir neçə saat müddətinə rabitə sistemində aparılan texniki işlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə edilən zənglərin qəbulunda fasilə olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.