“Azərsu” ASC-nin sədr müavini vətəndaş qəbulu keçirəcək. Bu barədə 19 yanvar tarixində İnsanoid.com xəbər verir.
Köçərli Həsənov Salyan şəhərində Salyan və Neftçala rayonlarının sakinləri ilə görüşəcək. Qəbul yanvarın 27-də saat 10:00-dan başlayaraq Salyan Rayon İcra Hakimiyyətinin binasında keçiriləcək.
Müavinlə görüşmək üçün Salyan və Neftçala Sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə “Azərsu”ya müraciət etmək olar.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.