TÖVSİYƏ XƏBƏRLƏR

Azərsu: şaxtalı günlərdə sayğaclarını don vuran abunəçilər yenisini öz hesablarına almalı olacaqlar

Azərsu qeyri-sabit və şaxtalı hava şəraiti ilə bağlı abunəçilərinə muraciət edib. Bu barədə 6 yanvar tarixində qurumun saytında məlumat verilib.

Sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı saxlanmalı, sayğac qutunun içərisində taxta yonqarı vasitəsilə mühafizə olunmalıdır. Eyni zamanda fərdi həyət evlərində üstüaçıq boruların izolyasiya edilməsi vacibdir.

“Sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa, (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və sair) onların yeniləri ilə əvəzlənməsi abunəçilərin hesabına həyata keçirilir”, – məlumatda bildirilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx