TÖVSİYƏ XƏBƏRLƏR

Azercell-in 4G şəbəkəsi metroda da işləyir

“Azercell” mobil operatorunun 4G şəbəkəsi Bakı metropoliteninin 24 stansiyası və tunellərində aktivdir. Bu haqda şirkət məlumat paylaşıb.

Belə ki, “Azercell” abunəçiləri qatarın hərəkətdə olduğu zaman da mobil internet xidmətlərindən yararlana bilərlər.

4G şəbəkəsi Həzi Aslanov, Əhmədli, Xalqlar dostluğu, Neftçilər, Qara Qarayev, Koroğlu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, İnşaatçılar, 20 yanvar, Memar Əcəmi, Memar Əcəmi 2 (Bənövşəyi xətt), Avtovağzal, Nəsimi, Azadlıq prospekti, Dərnəgül, Cəfər Cabbarlı, Xətai, Sahil və İçəri şəhər stansiyalarını və tunelləri əhatə edir.

Metroda şəbəkənin genişləndirilməsi üzrə işlərə 2019-cu ilin dekabr ayında başlanılıb.