Rusiyanın “Azimut” aviaşirkəti Moskva-Gəncə istiqaməti üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə 9 avqust tarixində aviaşirkət məlumat verib.
Uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri həyata keçiriləcək. Moskvanın “Vnukovo” hava limanından 11:40-da havaya qalxan təyyarə 16:30-da Gəncəyə enəcək. Əks istiqamətdə isə təyyarə 17:50-də qalxıb 20:40-da “Vnukovo”da enəcək.