“Azıx və Tağlar mağaraları – Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya UNESCO-nun Ümumdünya İrs Komitəsinin İlkin siyahısına daxil edilib.
Bu barədə 23 sentyabr tarixində Report xəbər verib.
UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiyalar artıq qurumun Ümumdünya İrs Siyahısına daxil olunub.