pul, manat, xarici yardımlar

Aztelekomdan 20 min manata yaxın pul oğurlayan şəxs saxlanılıb

Avqustun 31-də DİN-dən verilən məlumata görə, Aztelekomun Bərdə filialında yerləşən seyfdən 19 min manat pulu oğurlayan şəxsin həmin müəssisənin əməkdaşı olduğu müəyyən edilib.

Avqust ayının 27-də Bərdə rayon sakini ərizə ilə müraciət edərək ona məxsus 19 min manat pulun oğurlanması barədə məlumat verib. Şübhəli şəxs istintaqa təqdim olunmaqla saxlanılıb və oğurlanmış pullar maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Aztelekomdan 20 min manata yaxın pul oğurlayan şəxs saxlanılıb”

Tövsiyə xəbərlər