TÖVSİYƏ XƏBƏRLƏR

AzTU-nun dosenti 52 yaşında vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti Nigar Zeynalova uzunsürən xəstəlikdən sonra 52 yaşında vəfat edib. Bu barədə 6 sentyabr tarixində Report məlumat verib.

Nigar Zeynalova 1992-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Avtomatika və hesablama texnikası fakültəsini bitirib. 1992-ci ildən universitetdə müxtəlif vəzifələrdə çalışıb.

O, çoxsaylı metodik vəsait və fənn proqramının müəllifi idi.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx