Azyaşlılara tütün məmulatları satan şəxslər cərimələnib. Bu barədə yanvarın 27-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən gün Yasamal rayonunda bir köşkdə, bir mağazada və bir şərab evində satıcılar yetkinlik yaşına çatmayanlara tütün məmulatları satıb.
Onlar barəsində “etil spirti, alkoqollu və energetik içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması” maddəsi ilə protokol tərtib edilib.