Bərdədə qardaş bacısını qətlə yetirib

Bərdədə 1994-cü il təvəllüdlü bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Baş Prokurorluq avqustun 20-də məlumat yayıb.

Məlumata əsasən, Fəqan Cabbarov bacısıyla aralarında yaranmış mübahisə zamanı bıçaqla ona müxtəlif xəsarətlər yetirərək qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun məlumatına əsasən, 2021-ci ilin ilk 6 ayı ərzində qeydə alınmış adam öldürmə cinayətləri nəticəsində 33 qadın qətlə yetirilib. İyun ayına qədər qeydə alınmış 15 minə yaxın cinayətlərin 803-ü məişət zorakılığı ilə bağlı olub. Bu əvvəlki illə müqayisədə təxminən 25% çoxdur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bərdədə qardaş bacısını qətlə yetirib”

Tövsiyə xəbərlər